Bakıda Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan Beynəlxalq Şahmat Festivalı keçiriləcək

Mar 14, 2023

Bakıda Beynəlxalq Şahmat Festivalı keçiriləcək.

Azərbaycan Şahmat Federasiyasından (AŞF) verilən məlumata görə, qurumun, həmçinin, Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə “Baku Open 2023” paytaxtda baş tutacaq.

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunan mötəbər turnir “Baku Crystal Hall”da olacaq.

Festivalda şahmatçılar reytinqə uyğun olaraq üç qrup üzrə (A, B və C) mübarizə aparacaqlar. Hər üç qrupda yarış İsveçrə sistemi üzrə 9 turdan ibarət olacaq.

Qeyd edək ki, turnirin ümumi mükafat fondu 55 000 ABŞ dolları təşkil edir. Yarışın A qrupunun qalibi 12 000 dollar və xüsusi hazırlanan kuboku qazanacaq. C qrupunda hər yaş üzrə qaliblər Rumıniyada keçiriləcək yeniyetmələrin Avropa çempionatına ezam ediləcəklər.

Yarışda ilk tur mayın 4-də saat 14:30-da başlayacaq. Festivala mayın 12-də yekun vurulacaq.

Oxşar Xəbərlər