Bakıda iki avtomobil toqquşub, xəsarət alan var

İyn4,2021

Bakıda xəsarətlə nəticələnən yol qəzası olub.

“QİA.az” xəbər verir ki, hadisə Sabunçu rayonunda qeydə alınıb.

İki avtomobilin toqquşması nəticəsində 1965-ci il təvəllüdlü Sadıqov Füzuli Yusif oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıb. O, təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. F.Sadıqova sağ çiyin sınığı və döş qəfəsinin əziyi diaqnozları qoyulub.

Faktla bağlı araşdırma aparılır.

Oxşar Xəbərlər