Bakıda kişini zəncirlə bağlayan mağaza sahibi məsuliyyətə cəlb edilib

Sosial şəbəkələrdə bir nəfər şəxsin zəncirlə dirəyə bağlanılmasını əks etdirən videogörüntülər Daxili İşlər Nazirliyində (DİN) araşdırılıb.

DİN-in Mətbuat xidmətindən “QİA.AZ”a verilən məlumata görə, Sabunçu rayonunda yaşayan, ruhi əsəb xəstəliyindən əziyyət çəkən 43 yaşlı şəxs 12 gün bundan əvvəl paytaxtın Sabunçu qəsəbəsində yerləşən marketlərin birinə daxil olub.

Bir şüşə qazlı suyu icazəsiz içdiyinə görə marketin sahibi, 24 yaşlı Rahib Lətifov onun boğaz nahiyəsinə zəncir taxaraq marketin qarşısındakı dirəyə bağlayaraq mobil telefonla videogörüntüyə alaraq sosial şəbəkələrdə yayıb.

Törətdiyi əmələ görə R.Lətifov məsuliyyətə cəlb edilib, qanunvericiliyə uyğun olaraq onun barəsində araşdırmalar davam etdirilir.

Araşdırmanın nəticəsindən asılı olaraq əmələ hüquqi qiymət veriləcək.

Oxşar Xəbərlər