Bakıda köşkdə yanğın olub, ölən var

Bakıda köşkdə yanğın olub, ölən var

Bakıda köşkdə yanğın hadisəsi baş verib.

QİA.AZ Reporta istinadən bildirir belə ki, paytaxtın Suraxanı rayonunda ümumi sahəsi 15 m² olan dəmir konstruksiyalardan ibarət köşkün taxta üzlüyü yanıb. Yanğın yerinin kəşfiyyatı zamanı 1 nəfərin (şəxsiyyəti dəqiqləşdirilir) meyiti yanğınsöndürənlər tərəfindən aşkar edilərək aidiyyəti üzrə təhvil verilib. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır;

Oxşar Xəbərlər