Bakıda mənzildə 72 yaşlı kişinin meyiti tapılıb

Bakıda mənzildə 72 yaşlı kişinin meyiti tapılıb

Ötən gün Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 41 yanğına çıxış və 5 halda köməksiz vəziyyətdə qalma faktları üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib.

Nazirlikdən “QİA.AZ”a bildirilib ki, görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.

Ümumilikdə, ötən sutka ərzində 7 nəfər xilas edilib, bağlı qapı arxasında qalmış 1 nəfərin meyiti isə aşkar olunaraq aidiyyəti üzrə təhvil verilib.

Belə ki, Bakı şəhərinin Nərimanov rayonunda mənzildə 1949-cu il təvəllüdlü Babayev Zülfü Cəmaləddin oğlunun meyiti aşkarlanıb.

Oxşar Xəbərlər