Bakı şəhərinin Nizami rayonunda mənzildə qadın meyiti tapılıb.
Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, “112” qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Nizami rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.
Hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1939-cu il təvəllüdlü Danilova Marina İvanovnanın meyitini aidiyyəti üzrə təhvil veriblər.