Bakıda məşhur restoranlarda nöqsanlar -TAM SİYAHI

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən qanunvericiliyin tələblərinə, həmçinin Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş koronavirusun (COVID-19) profilaktikasına dair metodiki göstərişlərin icrasına nəzarət məqsədilə ictimai iaşə obyektlərində reydlər davam etdirilir.

AQTA-dan QİA.AZ-a verilən məlumata görə, nəzarət tədbirləri çərçivəsində 9 aprel 2021-ci il tarixində ölkə üzrə 454 ictimai iaşə obyektində 765 monitorinq keçirilib. Monitorinqlər zamanı 30 müəssisədə qanunvericiliyin tələblərinin kobud şəkildə pozulması faktları aşkar olunub. Aşkar olunmuş nöqsanlarla bağlı İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq müvafiq tədbirlər görülüb.

Uyğunsuzluqlar aşkar edilən ictimai iaşə müəssisələri aşağıdakılardır.

1. Bakı şəhəri, Sabunçu rayonu, Şamil Kamilov 7, Gənclik və Bünyadzadə küçələrinin kəsişməsində yerləşən, fiziki şəxs Murtuzov Rəvan Akif oğluna məxsus kafe;

2. Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli, Q Massivində yerləşən, fiziki şəxs Rüstəmov Seymur Akif oğluna məxsus kafe;

3. Bakı şəhəri, Nizami rayonu, Şərifli küç., ev 25 ünvanında yerləşən, fiziki şəxs Sadıqova Mətanət Rəşid qızına məxsus kafe;

4. Bakı şəhəri, Yasamal rayonu, Həsənov küçəsində yerləşən, fiziki şəxs Tuncer Çinarə Cəfər qızına məxsus dönər evi;

5. Bakı şəhəri, Nəsimi rayonu, Nəsimi R. Əlimərdan Bəy küçəsində yerləşən, fiziki şəxs Nəcəfzadə Günel Nəcəf qızına məxsus çay evi;

6. Bakı şəhəri, Nəsimi rayonu, Ş. Əzizbəyov küçəsinin kəşişməsində yerləşən, fiziki şəxs Bağırov Elgiz Möhübbət oğluna məxsus “Borş” restoranı;

7. Bakı şəhəri, Xətai rayonu, Mehmandarov 84B ünvanında yerləşən, fiziki şəxs Uğurov Uğur Mikayıl oğluna məxsus “Sehirli Çıraq” kafesi;

8. Bakı şəhəri, Xətai rayonu, Quliyev küç., ev 2 ünvanında yerləşən, fiziki şəxs Mirzağayev Ruslan Nazir oğluna məxsus “Bizim Məkan” restoranı”;

9. Bakı şəhəri, Yasamal rayonu, Naxçıvani küçəsi, ev 9, 615-ci məhəllədə yerləşən, fiziki şəxs Abdullayev Bəylər Samir oğluna məxsus “La Maison Pub”;

10. Bakı şəhəri, Nəsimi rayonu, Nizami küç., ev 91 ünvanında yerləşən, fiziki şəxs Osmanov Ayaz Camal oğluna məxsus kafe;

11. Bakı şəhəri, Nizami rayonu, İlham Məmmədov küçəsində yerləşən, fiziki şəxs İbrahimov İlyas Şahlar oğluna məxsus “Halal Manqal” restoranı;

12. Bakı şəhəri, Nərimanov rayonu, Bəsti Bağırova küç., ev 18b ünvanında yerləşən, fiziki şəxs Əsgərov Elman Rafiq oğluna məxsus “Pepe Pizza” kafesi;

13. Bakı şəhəri, Nərimanov rayonu, V. Çəmənzəmənli küç., ev 106 ünvanında yerləşən, fiziki şəxs Məmmədov Pərviz Natiq oğluna məxsus “Təndir” restoranı;

14. Bakı şəhəri, Binəqədi rayonu, Ə. Naxçıvani küç., ev 3067 ünvanında yerləşən, hüquqi şəxs “Siyaqut” MMC-yə məxsus “Həyat pub” restoranı;

15. Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan ştq, A. İldırım küçəsində yerləşən, fiziki şəxs Bayramov Emin Varımcan oğluna məxsus “Halva” kafesi;

16. Sumqayıt şəhəri, Nəsimi adına parkda yerləşən, fiziki şəxs Ağayev Tehran Şakir oğluna məxsus “Billur” kafesi;

17. Bakı şəhəri, Səbail rayonu, Ə. Qardaşları 59 ünvanında yerləşən, fiziki şəxs Miratayev Əhməd Mir Əli oğluna məxsus “Bayil Breeze” restoranı;

18. Bakı şəhəri, Xətai rayonu, Məmmədov 33A ünvanında yerləşən, fiziki şəxs İsfəndiyarov Etibara məxsus “Kənan” kafesi;

19. Bakı şəhəri, Xətai rayonu, Məmmədov 31 ünvanında yerləşən, fiziki şəxs Hüseynzadə Sadiqə məxsus “Kənd ocağı” restoranı;

20. Abşeron rayonu, Xırdalan şəhəri, H. Əliyev prospekti, ev 7 ünvanında yerləşən, fiziki şəxs Abdullayev Ramazan Bəxtiyar oğluna məxsus “Avtoş” dönər evi;

21. İmişli rayonu, Cavadxanlı kəndində yerləşən, fiziki şəxs Rüstəmov Rəfail Eldar oğluna məxsus kafe;

22. İmişli rayonu, İmişli rayon T. İsmayılov küçəsində yerləşən, fiziki şəxs Babayev Elsəvər Bayram oğluna məxsus kafe;

23. Bərdə rayonu, Bərdə şəhəri, Bərdə-Tərtər yolunun sol tərəfində yerləşən, fiziki şəxs Zeynallı Zahid Rəhim oğlu “Çənlibel” restoranı;

24. Masallı rayonu, Əliyev prospektində yerləşən, fiziki şəxs Əliyev Zamiq Emin oğluna məxsus kafe;

25. Salyan rayonu, Yenikənd kəndində yerləşən, fiziki şəxs Şiriyev Şəmsəddin Qədir oğluna məxsus kafe;

26.Göygöl rayonu, Aşıqlı kənd yolunun sağ tərəfində yerləşən, fiziki şəxs Mustafayev Anar Xəqani oğluna məxsus kafe;

27. Gədəbəy rayonu, Novosaratovka kəndində yerləşən, fiziki şəxs Məmmədov Müseyib Həşim oğluna məxsus kafe;

28. Zaqatala rayonu, İ. Şamil küçəsində yerləşən, fiziki şəxs Sofiyev Vaqif Həbib oğluna məxsus çayxana;

29. Zaqatala rayonu, İ. Şamil küçəsində yerləşən, fiziki şəxs Qurbanlı Lalə Fəxrəddin oğluna məxsus kafe;

30. İsmayıllı rayonu, Orucov küçəsində yerləşən, fiziki şəxs Qəhrəmanov Fazil Aslan oğluna məxsus kafe.

Qeyd edək ki, AQTA tərəfindən Bakıda, eləcə də regionlarda fəaliyyət göstərən ictimai iaşə obyektlərində monitorinqlərin miqyası genişləndirilib. Hazırda respublika üzrə AQTA müfəttişləri tərəfindən monitorinqlər davam etdirilir və qaydalara əməl etməyən sahibkarlıq subyektləri barədə ən sərt tədbirlər görüləcəkdir.

Oxşar Xəbərlər