Bakıda müntəzəm marşrutlardan birinin hərəkət sxemi müvəqqəti dəyişdiriləcək

May 20, 2021 #Marşrut
avtobus

Bakının Xətai rayonunun Kazımağa Kərimov küçəsində aparılan təmir işləri ilə əlaqədar yolda nəqliyyat vasitələrinin hərəkətində mərhələli şəkildə müvəqqəti məhdudiyyət tətbiq ediləcək.

“QİA.az” bu barədə Bakı Nəqliyyat Agentliyinə istinadən xəbər verir.

Məlumata görə, tətbiq ediləcək məhdudiyyətlərə uyğun olaraq 42 nömrəli müntəzəm marşrutun hərəkət sxemi müvəqqəti olaraq dəyişdiriləcək.

Oxşar Xəbərlər