Avqustun 23-25-də keçiriləcək Azərbaycan Kamandan Oxatma üzrə Ölkə Birinciliyi və Çempionatı ərəfəsində Bakıda ustad dərslərinə start verilib.
QİA.az xəbər verir ki, bu barədə Azərbaycan Kamandan Oxatma Federasiyasından AZƏRTAC-a verilən məlumatına görə, dərslər iki günlük nəzərdə tutulub. Avqustun 17-də “Sea Breeze” yaşayış kompleksində başlayan tədbir bu gün saat 19:00-dək davam edəcək.
Peşəkar idmançılar Əhməd Hüseynov və Fatimə Hüseynli kamandan oxatma idman növünə həvəs göstərənlərə sənətin sirlərini aşılayıblar.
Avqustun 23-25-də Bakıda peşəkar oxatanların iştirakı ilə Azərbaycan Kamandan Oxatma üzrə Ölkə Birinciliyi və Çempionatı keçiriləcək.