Bakıda piyada zolağında yeni işıqlandırılma sistemləri quraşdırılıb

Bakı şəhərində piyada təhlükəsizliyinin artırılması istiqamətində işlər davam etdirilir.

Bu barədə “QİA.az”a Bakı Nəqliyyat Agentliyindən bildirilib.

Məlumatda deyilir ki, bu çərçivədə Təbriz küçəsinin Əliyar Əliyev küçəsi ilə kəsişməsində asfalt örtüyü üzərində yeni işıqlandırılma sistemləri tətbiq edilib: “Bu cür işıqlandırılma sistemləri sürücülər və piyadaların daha diqqətli olmaları ilə yanaşı, həm də piyadaların piyada keçidindən istifadəsini təşviq edir. Hazırda bir sıra ehtiyac olan digər ərazilərdə də işıqlandırılma sistemlərinin tətbiq edilməsi istiqamətində işlər aparılır”.

Oxşar Xəbərlər