Bakıda mənzildə qadın meyiti aşkarlanıb.
Bu barədə “QİA.AZ“ Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir.
Nazirliyin “112” qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Nəsimi rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. Hadisə yerinə cəlb olunan FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1944-cü il təvəllüdlü Əbilova Səidə Mirşahin qızının meyitini aidiyyəti üzrə təhvil veriblər.