Bakıda qadını qətlə yetirib, özünü güllələyən polis ölüb

Bakıda sevgilisini öldürdükdən sonra intihara cəhd edən polis əməkdaşı Həsən Osmanov xəstəxanada ölüb.

“QİA.az”-ın məlumatına görə, onun həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, ötən gün günorta saatlarında Yasamal rayonu ərazisində rayon polis idarəsinin əməkdaşı, 1995-ci il təvəllüdlü Həsən Osmanov qısqanclıq zəminində tabel silahından atəş açaraq, tanışı – 1996-cı il təvəllüdlü Fatimə Hüseynovanı qətlə yetirib, özü isə başına güllə vuraraq inthara cəhd edib.

Oxşar Xəbərlər