Bakıda qadının fiziki zorakılığa məruz qalması ilə əlaqədar cinayət işi başlanıb

Mar26,2021

aytaxtın Xəzər rayonunda qadının həyat yoldaşı tərəfindən mütəmadi olaraq döyülərək fiziki zorakılığa məruz qalması faktı ilə əlaqədar cinayət işi başlanıb.

QİA.AZ-ın məlumatına görə, Xəzər RPİ İstintaq şöbəsində Cinayət Məcəlləsinin 133.1-ci (Əzab vermə – Cinayət Məcəlləsinin 126 və 127-ci maddələrində göstərilən nəticələrə səbəb olmayan mütəmadi olaraq döyməklə və ya sair zorakı hərəkətlərlə güclü fiziki ağrı və ya psixi iztirablar vermə) maddəsi ilə başlayan cinayət işi üzrə istintaq hərəkətləri davam etdirilir.

Məlumatı DİN Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev təsdiqləyib.

Oxşar Xəbərlər