Bakıda tikinti işlərinin 88%-ni özəl sektor yerinə yetirir

2020-ci ilin yanvar-noyabr aylarında Bakıda inşaat işlərinin 65,8 %-ni tikinti, yenidənqurma və genişləndirmə, 6,5 %-ni əsaslı təmir, 5,6 %-ni cari təmir, 22,1 %-ni isə sair tikinti işləri təşkil edib.

Bu barədə “QİA.AZ”a Dövlət Statistika Komitəsinin Bakı şəhər Statistika Komitəsindən məlumat verilib.

Məlumata görə, inşaat işlərinin 87,5 %-ni qeyri-dövlət tikinti müəssisələri (özəl sektor) yerinə yetirib.

Oxşar Xəbərlər