Bakıda üzərində odlu silah gəzdirən şəxs yaxalanıb

Fev16,2021
silah

Bakıda silahlı şəxs saxlanılıb.

“QİA.AZ”-ın məlumatına görə, hadisə paytaxtın Səbail rayonu ərazisində baş verib.

Səbail RPİ əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində Bakı şəhər sakini R.Abdullayevdən xaricdə istehsal edilmiş “Star Lancer HK” markalı tapança və 8 ədəd patron aşkar edilərək götürülüb.

Oxşar Xəbərlər