Bakıda velosiped sürən 10 yaşlı uşağı avtomobil vurub

İyn20,2021

Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“QİA.az”ın məlumatına görə, hadisə Xəzər rayonunda qeydə alınıb. Velosipedlə yolu keçən 2011-ci il təvəllüdlü Cəfərli Vaqif İmran oğlunu avtomobil vurub.

Yaralı təcili yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Azyaşlı həkimlərin nəzarətinə götürülüb. Vəziyyəti ağır olduğundan o, reanimasiya şöbəsinə yerləşdirilib.

Hadisənin təfərrüatı araşdırılır.

Oxşar Xəbərlər