Bakıda yanğın olub, xəsarət alan var

yanğın

Bakıda xəsarətlə nəticələnən yanğın hadisəsi olub.

Bu barədə “QİA.az” Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir.

Məlumata görə, Nərimanov rayonunda ümumi sahəsi 60 m² olan taxta konstruksiyadan ibarət köməkçi tikili və yaxınlıqda 3 ədəd şam ağacı yanıb. Yanğın zamanı 1 nəfər yanıq xəsarəti alıb. Yaxınlıqdakı tikililər və ağaclar yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Oxşar Xəbərlər