Bakıda yanğında 12 ağac məhv olub

Bakı şəhərinin Binəqədi rayonunda 70 m² sahədə taxta tullantıları və 12 ədəd ağac yanıb.

Bu barədə “QİA.az” Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir.

Qeyd olunub ki, yüksək temperaturdan yaxınlıqda olan üçmərtəbəli fərdi yaşayış evinin lambirindən ibarət divar üzlüyü 3 m² sahədə əriyib.

Ev və yaxınlıqda olan digər ağaclar yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Oxşar Xəbərlər