Bakıda yaşayış binasında yanğın olub, sakinlər təxliyə edilib

Yan4,2021

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın hadisəsi baş verib.Bu barədə QİA.AZ Reporta istinadən xəbər verir:

Belə ki, paytaxtın Xətai rayonunda çoxmərtəbəli yaşayış binasının doqquzuncu mərtəbəsinin pilləkən qəfəsində məişət tullantıları 8 m² sahədə və elektrik lövhəsində naqillər 3 p.m qismən yanıb. Yanğın zamanı yanğınsöndürənlər tərəfindən 5 nəfər bina sakini təhlükəsiz əraziyə təxliyə olunub. Mənzillər yanğından mühafizə olunub.Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Oxşar Xəbərlər