Bakıda metroda ölüm hadisəsi baş verib.
“Bakı Metropoliteni” QSC-nin Mətbuat Xidmətinin rəhbəri Bəxtiyar Məmmədov açıqlamasında bildirib ki, hadisə səhər saat 08:10-da metronun “28 may” stansiyasında baş verib.
“Sərnişin qatarda özünü pis hiss edib. “28 may” stansiyasında o qatardan düşürülüb və təcili yardım çağırılıb. Təcili tibbi yardım hadisə yerinə çatana qədər həmin şəxs dünyasını dəyişib.
Dünyasını dəyişən şəxs yaşlı kişidir”, – deyə B.Məmmədov bildirib.