Bakıda yük avtomobili aşıb, toyuqlar asfalta tökülüb

Mar17,2021 #Bakı #BNA #tıxac
tıxac

Biləcəri dairəsi yaxınlığında yük avtomobili aşdığından Moskva prospektindən bu istiqamətdə gələn nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılıb. 

Bu barədə “QİA.az”a Bakı Nəqliyyat Agentliyindən məlumat verilib.

Bildirilib ki, avtomobillər Bakı-Sumqayıt yoluna yönləndirilir. Bu səbəbdən də paytaxtdan Xırdalan dairəsi istiqamətində nəqliyyat vasitələrinin hərəkətində sıxlıq müşahidə edilir. 

Mövcud vəziyyətdə bu istiqamətdə müntəzəm marşrut xətləri üzrə avtobusların hərəkətində də çətinliklər yaranıb.

Oxşar Xəbərlər