Bakı şəhərinin Xətai rayonunda zavod ərazisində ümumi sahəsi 40 m² olan taxta konstruksiyadan ibarət tikili (işçilərin geyinib-soyunması üçün istifadə olunur) 15 m² sahədə yanıb.
Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.