Xətai rayonu 3 nömrəli Uşaq evinin direktoru Məhbubə Hüseynova vəzifəsindən azad edilib.
Bu barədə QİA.AZ-a Bakı Şəhər İcra Hakimiyyətindən məlumat verilib.
Bildirilib ki, Uşaq evində Bakı Şəhər İcra Hakimiyyəti başçısı Aparatının rəhbərinin və məsul əməkdaşlarının uşaq evinin kollektivi ilə görüşü keçirilib.
“Müəssisənin rəhbərliyində dəyişiklik edilərək bu vəzifəyə Gülnarə Şəmiyevaya təyin edilib. Həmçinin son vaxtlarda uşaq evində baş verən hadisələrlə əlaqədar yaradılan komissiya tərəfindən göstərilən iradların qısa müddətdə aradan qaldırılması ilə bağlı müəssisə rəhbərliyinə müvafiq tapşırıqlar verilib”, -deyə məlumatda vurğulanıb.
Xüsusi olaraq qeyd edilib ki, ölkənin inkişaf tempinə uyğun olaraq uşaq evində tərbiyə alanlar üçün müvafiq tədbirlər planı hazırlanmalı və həyata keçirilməsi təmin olunmalıdır.
Qeyd edək ki, Uşaq evinin direktoru bir müddət əvvəl müəssisədə baş verən neqativ hallarla bağlı gündəmə gəlmişdi.