Gündəm

Bakıdan Qazaxa qonaq gedən qadını elektrik cərəyanı vurub

Movavi

Qazaxda 35 yaşlı qadını ehtiyatsızlıqdan elektrik cərəyanı vurub.

Hadisə Qazax şəhərində qeydə alınıb.

Bakı şəhərindən Qazaxa qonaq gedən, 35 yaşlı G.Qəzənfərova ev işləri görən zaman ehtiyatsızlıqdan elektrik xəttinə toxunub və nəticədə elektrik cərəyanı onu vurub.

Xəstəxanaya aparılan qadının hazırda vəziyyəti qənaətbəxş hesab olunur.

Faktla bağlı araşdırmalara başlanılıb.

Hire Freelancers

Əlaqəli xəbər

Back to top button