Bakının bəzi küçələrində nəqliyyatın hərəkəti tam məhdudlaşdırılacaq

Sentyabrın 1-i saat 06:00-dan Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsində (K.Səfərəliyeva küçəsindən Rəşid Behbudov küçəsinə qədər) aparılan təmir-bərpa işləri ilə əlaqədar hərəkət avtonəqliyyat vasitələri üçün tam məhdudlaşdırılacaq.

QİA.az xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) AZƏRTAC-a bildirilib ki, AAYDA sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələrini xahiş edir.

Oxşar Xəbərlər