Bakının bir sıra yollarında nəqliyyat vasitələrinin hərəkəti çətinləşib

Bakının bir sıra yollarında nəqliyyat vasitələrinin hərəkəti çətinləşib.

Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) QİA.az-a verilən məlumata görə, paytaxtın bir sıra yollarında nəqliyyat vasitələrinin sıxlığı müşahidə olunur.

Hazırda sıxlıq müşahidə olunur:

  1. Bakı-Sumqayıt şosesi, “20 Yanvar” metrostansiyası istiqamətində;
  2. Binəqədi şosesi, “Azadlıq Prospekti” metrostansiyası istiqamətində;
  3. Ziya Bünyadov prospekti, Əhməd Rəcəbli küçəsi ilə kəsişmədən “20 Yanvar” metrostansiyası istiqamətində;
  4. Heydər Əliyev prospekti, kənar yol, mərkəz istiqamətində;
  5. “20 Yanvar” dairəsində;
  6. Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;
  7. Afiyəddin Cəlilov küçəsi, Yusif Səfərov küçəsi istiqamətində;
  8. 28 may və Dilarə Əliyeva küçələri, Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər;
  9. Tbilisi prospekti, “20 Yanvar” metrostansiyasından mərkəz istiqamətində;
  10. 8 Noyabr prospekti, Süleyman Əhmədov küçəsi ilə kəsişmədən mərkəz istiqamətində;
  11. Rəşid Behbudov küçəsi, Mərkəzi Bank istiqamətində;
  12. Yusif Səfərov küçəsi, Heydər Əliyev prospekti istiqamətində;
  13. Üzeyir Hacıbəyli küçəsi, Cavanşir körpüsündən Azadlıq prospekti ilə kəsişməyə qədər;
  14. Əbdülvahab Salamzadə küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;
  15. Aeroport şosesi, “Koroğlu” metrostansiyası istiqamətində

Oxşar Xəbərlər