Bakının bir sıra yollarında tıxac müşahidə olunur

May2,2024

Bakının bir sıra yollarında tıxac müşahidə olunur.

QİA.az xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.

Hazırda sıxlıq müşahidə olunan yolların siyahısını təqdim edirik:

1. Aeroport şosesi, “Koroğlu” metrostansiyası istiqamətində;

2. Ziya Bünyadov prospekti, Bakı Olimpiya Stadionunun qarşısından Əhməd Rəcəbli küçəsi ilə kəsişməyə qədər;

3. Bakı-Sumqayıt şosesi, “20 Yanvar” metrostansiyası istiqamətində;

4. Yusif Səfərov küçəsi, Heydər Əliyev prospekti istiqamətində;

5. Üzeyir Hacıbəyli küçəsi, Cavanşir körpüsündən Azadlıq prospekti ilə kəsişməyə qədər;

6. Babək prospekti, mərkəz istiqamətində;

7. 28 May küçəsi, Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər;

8. Binəqədi şosesi, “Azadlıq prospekti” metrostansiyası istiqamətində;

9. Rəşid Behbudov küçəsi, Mərkəzi Bank istiqamətində;

10. Xətai prospekti, Heydər Əliyev prospekti istiqamətində;

11. Koroğlu Rəhimov küçəsi, Ak. Həsən Əliyev küçəsi ilə kəsişmədən Heydər Əliyev prospekti istiqamətində;

12. Dilarə Əliyeva küçəsi, Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər

Oxşar Xəbərlər