Bakının bir sıra yollarında tıxac yaranıb.
QİA.az xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.
Hal-hazırda yollardakı vəziyyət:
- Heydər Əliyev prospekti mərkəz istiqamətində;
- Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;
- Tbilisi prospekti, “20 Yanvar” metrostansiyasından mərkəz istiqamətində;
- Rəşid Behbudov küçəsi, Mərkəzi Bank istiqamətində;
- Xətai prospekti, Heydər Əliyev prospekti istiqamətində;
- Bakı-Sumqayıt şosesi, “20 Yanvar” metrostansiyası istiqamətində;
- Dilarə Əliyeva küçəsi, Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər;
- Babək prospekti, mərkəz istiqamətində;
- Ziya Bünyadov prospekti, Olimpiya stadionunun qarşısından “20 Yanvar” metrostansiyası istiqamətində sıxlıq müşahidə olunur.