Bakının Nəsimi rayonunda, Üzeyir Hacıbəyli küçəsinin Kövkəb Səfərəliyeva küçəsi ilə kəsişməsində yol hərəkətinin təşkilində dəyişikliklər edilib.
Bu barədə “QİA.az”-a Bakı Nəqliyyat Agentliyindən bildirilib.
Məlumata görə,
– kəsişmədə Ü.Hacıbəyli küçəsi üzərində sağ zolaqda məcburi sağa əmr edən nişanlanma xətti düzünə və sağa nişanlanma xətti ilə əvəzlənib;
– Ü.Hacıbəyli küçəsində zolaqlar üzrə hərəkət trayektoriyası (1,7 nişanlanma xətti) təşkil edilib;
– işıqfor obyektində daimi sağa bölməsi ləğv edilib.
“Bu dəyişikliklər kəsişmədə hərəkəti buraxma qabiliyyətini 25% artıracaq. Sürücülərdən dəyişiklikləri nəzərə almalarını və qaydalara riayət etmələrini xahiş edirik”, – deyə məlumatda qeyd olunub.
QARABAĞ İNFORMASİYA AGENTLİYİ