Bakının Heydər Əliyev prospektinin köməkçi yolunda hərəkət tam dayanıb (YENİLƏNİB)

Fev19,2021

Bakının Heydər Əliyev prospektinin köməkçi yolunda qəza baş verib.

“QİA.AZ” bu barədə Bakı Nəqliyyat Agentliyinə istinadən xəbər verir.

Məlumata görə, bu səbəbdən yolda hərəkət tam dayanıb, bütün ekspress və müntəzəm xətt avtobusları hazırda şəhər istiqamətində hərəkət edə bilmir.

X X X

Qəza baş verən hissədə yük avtomobili kənara çəkilib. Hərəkət qismən bərpa olunub. Yolda sıxlıq var.

Qəza baş verən prospektdə hərəkət qismən bərpa olunub (FOTO) (ƏLAVƏ OLUNUB) - Gallery Image

Oxşar Xəbərlər