Bakının Şüvəlan qəsəbəsinə yeni marşrut xətti açılacaq

“Hazıda Bakıda 169 marşrut xətti mövcuddur”.

“QİA.az” xəbər verir ki, bunu Bakı Nəqliyyat Agentliyinin İdarə Heyyətinin sədri Vüsal Kərimli bildirib.

“Həmin xətlərin 44%-i şəhərdaxilidir. 2020-ci ildə 16 yeni marşrut xətti təşkil olunub. Onlardan 12-i eskpress, 4-ü isə müntəzəmdir. Daha 26 xəttin hərəkət sxemi dəyişdirilib. Yaxın vaxtlarda yeni avtobus xətləri açılacaq. Onlardan biri müntəzəm marşrut xətti kimi Şüvəlan istiqamətində təşkil olunacaq”, – deyə o, qeyd edib.

Oxşar Xəbərlər