“Baku Steel Construction”ın səhmdarlarının yığıncağı keçiriləcək

Noy16,2020
“Baku Steel Construction”ın səhmdarlarının yığıncağı keçiriləcək

Dekabrın 30-da, saat 15:00-da “Baku Steel Construction” ASC-nin səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək.

“QİA.AZ” xəbər verir ki, yığıncaq müəssisənin yerləşdiyi Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şossesi, 53 ünvanında olacaq.

Yığıncağın gündəliyinə səhmdar cəmiyyətinin nizamnaməsinin yeni redaksiyada və ötənilki maliyyə-təsərüffat fəaliyyətinin nəticələrinin təsdiq edilməsi, balansında olan əsas vəsaitlərin silinməsi və digər məsələlər daxildir.

Xatırladaq ki, “Baku Steel Construction” 1999-cu ildə yaradılıb. Onun nizamnamə kapitalı 4,5 milyon manatdır.

Oxşar Xəbərlər