Balakən rayonu

Dek28,2020
Balakən rayonu

Balakən rayonu — Azərbaycan Respublikasında inzibati – ərazi vahidi. İnzibati mərkəzi Balakən şəhəridir.

Tarixi

Balakən rayonu inzibati vahid kimi 8 avqust 1930-cu ildə təşkil olunmuşdur. Rayonun təşkili tarixinədək bu ərazi inzibati cəhətdən Zaqatala dairəsinə daxil idi. 1963-cü ildə ləğv edilərək Zaqatala rayonuna verilmiş, 1965-ci ildə yenidən müstəqil rayon olmuşdur.[4]

Antik yunan coğrafiyaçısı Strabon qədim Balakən ərazisini “Məbədlər diyarı” adlandırmışdır. Müəyyən dövrlərdə aparılan arxeoloji qazıntılar zamanı tapılan əşyalar, bu günə kimi qalmış bəzi tikinti abidələri və kurqanlar Balakənin qədim yaşayış məskəni olduğunu deməyə əsas verir.

Yazılı qaynaqların verdiyi məlumatlara görə Balakən Qədim Albaniya dövlətinin ərazisinə daxil olmuşdur. Eramızdan əvvəl 65-ci ildə Roma və alban qoşunları arasında Alazan (Qanıx) çayı sahilində baş verən döyüşdə iştirak edən qədim yunan tarixçisi Plutarx yazırdı ki, bu yerlərin əhalisi sakit təbiətli, məğrur, döyüşdə cəsarətli və cəsurdur. Bu gün də işlədilən Hetovlar (Hetləri xatırladan), Hunbulçay (Hunları xatırladan), inqiloylar (Qerləri xatırladan) və s. toponimlərin tədqiqi sübut edir ki, ən qədim zamanlardan başlayaraq türkdilli tayfalar bu bölgənin daimi sakinləri olmuşlar.

XI əsrə qədər bu bölgə Qədim Qafqaz Albaniyasının şimal-qərbində yaşayan türklərin, inqiloyların və avarların əcdadları hesab olunan lek, ipin və s. tayfaların məskəni olmuşdur. Bu ərazi bol təbii sərvətlərə, münbit torpaqlara malik olduğuna və mühüm əhəmiyyət kəsb etdiyinə görə həmişə xarici qüvvələrin, yad dövlətlərin maraq dairəsində olmuş, ayrı-ayrı vaxtlarda mübarizə və müharibə meydanına çevrilmişdir.

Eyni zamanda bu ərazi həmişə qəsbkarlara qarşı sipər rolunu oynamış, işğalçıların Azərbaycanın içərisinə doğru irəliləməsi zamanı ilk zərbəni də çox vaxt məhz buranın yerli sakinləri qarşılamalı olmuşlar. Bura kömək diləyilə gələn ehtiramla qarşılanıb, bəd niyyətlə gələnlər isə layiqli cəzasını almışlar.

XVIII əsrin sonlarında Cənubi Qafqazda yaranmış siyasi vəziyyətlə əlaqədar ayrı-ayrı xanlıqlar Gürcüstan və Dağıstan feodal hakimləri arasında gedən çəkişmələrə Balakən camaatı da cəlb olunmuşdur.

Çar Rusiyası dövründə

Balakən şəhərində park

1783-cü ildə bağlanmış Georgiyevsk Rusiya-Gürcüstan müqavilələrindən sonra Şərqi Gürcüstanda möhkəmlənən Rusiya faktiki olaraq Azərbaycan xanlıqları ilə müharibəyə başlayır. Rusiyanın ilk hədəfi Balakən bölgəsi olur. Çünki bu yerlər rus qoşunlarının Azərbaycanın içərilərinə doğru irəliləməsi yolunda maneə, İran və Türkiyə üçün Rusiyaya qarşı mübarizədə mühüm strateji məntəqə idi. Balakənin tutulması Kürün üzərindəki Şəki, Gəncə və Şamaxıdan keçərək Bakı və Tiflisi birləşdirən yolun təhlükəsizliyini təmin edirdi. Ona görə də Rusiya Gürcüstandan Azərbaycana keçən yolun başlanğıcında yerləşən Balakəndən asanlıqla əl çəkmək fikrində deyildi.

1803-cü ildə rus qoşunları Alazan (Qanıx) çayını keçib Balakən yaxınlığında baş verən qanlı döyüşlərdə yerli əhalinin müqavimətini qırır və ərazidə yerləşirlər. Qafqazdakı rus qoşunlarının baş komandanı general Pavel Sisiyanov Balakənin işğalı barədə Rusiyanın vitse-kansleri, qraf V. P. Koçubeyə yazırdı: “Bu zəbt xüsusi diqqətə layiqdir. Car-Balakən kampaniyası yeni düşmənin hərbi qüvvəsinin və yerli əhaliyə qarşı olan qəddarlığın nümunəsi kimi bütün Qafqaza, o cümlədən Azərbaycan xanlıqlarına dərs olmalıdır”. Lakin bu bölgənin – Car-Balakənin tabeçiliyi zahiri idi. 1804-cü ildə Balakən yaxınlığındakı döyüşdə rus qoşunları darmadağın edilir və rus generalı Vasili Semyonoviç öldürülür. Bu zaman general-mayor Qulyakov böyük bir qüvvə ilə yerli əhalini cəzalandırmaq məqsədilə Balakənə yürüş edir. Qəsbkarlara qarşı qəhrəmancasına vuruşan yerli əhali rus qoşunlarını məğlubiyyətə uğradır, general Qulyakov isə döyüşdə öldürülür. Yalnız təsadüf Qulyakovun dəstəsindən olan qraf Benkendorfu (sonralar Rusiya jandarmının şefi), Vorontsovu (Qafqazın gələcək canişini), general-mayor Orbelianini və başqa zabitləri ölümdən xilas edir.

XIX əsrin 50-ci illərində müridizmin təsiri və yerli əhalinin ruslara qarşı çıxışları daha da güclənir. 1853-cü ilin avqustunda dağlıların azadlıq hərəkatının başçısı Şeyx Şamil bu yerlərdə olur. Onun məqsədi çarizmin siyasətindən narazı olan yerli əhalini üsyana qaldıraraq Kaxetiyaya girmək və türklərlə birləşmək idi. Lakin müridlərə və üsyançılara qarşı bölgəyə ruslar əlavə qüvvələr yeridirlər. Bir neçə vuruşmadan sonra İmam Şamil geri çəkilməyə məcbur olur.

Bu bölgəni nəzarətdə saxlamaq üçün çarizmin apardığı tədbirlərdən biri də yerli əhalinin zorla xristianlaşdırması idi. XIX əsrdə çarizm bu yerlərdə bir neçə dəfə xristianlaşdırma siyasəti aparmağa cəhd etsə də, onların hamısına yerli müsəlmanlar üsyanla cavab verir. Balakənin mərkəzində xristian kilsəsinin bünövrəsinin qoyulması mərasimində yüksək rus zabiti və keşiş öldürülür. Yerli əhalinin qəzəbindən qorxuya düşən çar məmurları kilsənin tikintisini dayandırırlar.

Rusların bu yerlərdə apardığı xristianlaşdırma siyasəti onların özlərinə Qafqazda dayaq hesab etdikləri ermənilərin bu bölgəyə axını üçün şərait yaradır. Bu diyarın iqtisadiyyatının tarmar edilməsində erməni tacir-sələmçiləri xüsusi fəallıq göstərir. Bölgənin iqtisadiyyatını ələ keçirmək istəyən ermənilərə hakimiyyətdə olan ruslar müxtəlif vasitələrlə – kəndlilərə borc verib, sonradan borcu yığılan kəndliləri torpaqlarını hərraca çıxarmağa məcbur etməklə, vergiləri kəndlilərin əvəzinə ödəyib sonradan onların torpaqlarına yiyələnməklə və digər üsullarla yardım göstərirlər. Ermənilərdən faizlə borc alan kəndlilər son nəticədə torpaqlarını yalnız onlara satmaq məcburiyyəti qarşısında qalırdılar.

XIX əsrin sonuna doğru sələmçi tacirlərin istismarçı iqtisadi siyasəti kəndlilərin ciddi narazılığına səbəb olur. Müsəlmanların qəzəbinə gələ biləcəklərindən qorxan ermənilər buna qarşı hazırlıq görürlər. Burada onların hər cür silahlara və partlayıcı maddələrə malik gizli millətçi komitəsi fəaliyyətə başlayır. Varlı ermənilər tərəfindən maliyyələşdirilən bu komitə bölgənin nüfuzlu adamlarına qarşı gizli terrorla məşğul olur.

Əhalinin haqlı narazılığına səbəb olmuş müstəmləkəçilik siyasətinin amansızlığı bu yerlərdə qaçaqçılıq hərakatının vüsət almasına gətirib çıxarır. Yerli qaçaqların əksəriyyəti çarizmin idarə orqanlarının özbaşınalıqlarına, rüşvətxorluğa və qanunsuz hərəkətlərinə qarşı mübarizə aparırlar. Beləcə Balakən Birinci dünya müharibəsinə qədər rus imperiyasının müstəmləkəçilik siyasətinə qarşı etiraz və üsyanlarla dolu ağrı-acılı, qanlı bir tarix yaşayır.

XX əsrdə

1918-ci il 28 mayda Azərbaycanın istiqlalının elan olunması xəbərini Balakən əhalisi bunu azad və xoşbəxt günlərin sorağı kimi qarşıladı. Lakin həmin dövrün siyasi vəziyyətindən istifadə edib bu bölgədə yaşayan xalqlar arasında milli nifaq salaraq gərginliyi artırmaq istəyən qüvvələr də az deyildi. Doğulduğu torpağın təşəbbüsünü çəkən ziyalılar pis niyyətli qüvvələrin qarşısını almaq üçün böyük sayıqlıq göstərirlər. Belə adamlardan biri də Qori seminariyasında dahi bəstəkar Ü.Hacıbəyovla birgə oxumuş, sonralar onunla qohum olmuş, Qabaqçöllü avar Həmzət bəy Xəlilov idi. O, Zaqafqaziya Seymi dağıldıqdan sonra başçılıq etdiyi azərbaycanlılardan ibarət süvari dəstələrini Tiflisdən Balakənə gətirir və Azərbaycan Xalq Cumhuriyyətinin yeni yaranan ordusunun tərkibində bu ərazinin sərhədlərini mühafizədə, əmin-amanlığın qorunmasında fəal iştirak edir. Balakənlilər həmişə məğrur, cəsur olduqları kimi də əməksevər və dövlətçiliyə sadiq insanlar olmuşlar. İkinci dünya müharibəsi zamanı Azərbaycan faşist Almaniyasının hücumuna məruz qalanda balakənlilər də Vətənin müdafiəsi üçün ayağa qalxdılar. Balakəndən döyüş cəbhələrinə 6882 nəfər yola düşdü. Onlardan 2315 nəfəri faşizmlə mübarizədə həlak oldu. Döyüş meydanlarında göstərdikləri hərbi şücaətlərinə görə yüzlərlə müharibə iştirakçısı orden və medallarla təltif edildi.

Müharibədən sonrakı bərpa illərində Balakən rayonu keçmiş SSRİ kimi nəhəng bir dövlətin ərazisində yeganə rayon olmuşdur ki, eyni vaxtda 18 nəfər adam o dövrün ən yüksək dövlət təltifinə – Sosialist Əməyi Qəhrəmanı adına layiq görülmüşdür.

XX əsrin 70–80-ci illərində Balakən iqtisadi, sosial və mədəni sahələrdə daha sürətlə inkişaf etməyə başladı. Həmin dövrdə Balakən və Mazım çaylarının üzərində böyük körpülər salındı, əhalinin həyat səviyyəsi xeyli yüksəldi, kəndlər tamamilə öz simasını dəyişdi, gözəlliyi və rahatlığı ilə seçilən minlərlə fərdi yaşayış evi tikildi, onlarla inzibati bina, sənaye müəssisəsi, yeni tipli məktəb binası, uşaq bağçası və digər sosial obyektlər tikilib istifadəyə verildi, Bakı-Balakən dəmiryolu çəkildi.

Dağlıq Qarabağı Azərbaycandan qoparmaq istəyən ermənilərin təqsiri nəticəsində başlanan Qarabağ müharibəsi zamanı da balakənlilər etiraz səslərini ucaldıb, öz oğullarını xəyanətkar ermənilərlə vuruşmaq üçün cəbhəyə yola saldılar. Azərbaycan torpaqlarının müdafiəsi uğrunda erməni qəsbkarları ilə gedən döyüşlərdə 151 nəfər balakənli şəhid, 90 nəfər əlil olmuşdur.

Müasir dövrdə

Rusiya və Gürcüstanla həmsərhəd olan Balakən 1991–1994-cü illərdə çox keşməkeşli günlər yaşadı. Xaricdən idarə olunan bəzi qüvvələr Azərbaycanın parçalanmasına can ataraq və ölkədə mövcud olan gərgin vəziyyətdən, hakimiyyət orqanlarının zəifliyindən sui-istifadə edərək burada əsrlər boyu bir yerdə yaşayan azərbaycanlı, avar, inqiloy və başqa xalqları toqquşdurmağa çalışırdılar. Ancaq Azərbaycanın dövlətçiliyinə sadiq olan balakənlilər heç bir provakasiyaya uymadılar. Ölkənin bütövlüyünə zərbə vuracaq millətlərarası münaqişənin yaranmasına yol vermədilər.

Coğrafi mövqeyi

Azərbaycanın şimal-qərbində Böyük Qafqazın cənub yamaclarında 923 km² sahə tutan Balakən rayonu şimalda Rusiya Federasiyası (Dağıstan MR), qərb və cənub-qərbdə Gürcüstan, şərqdə isə Zaqatala rayonu ilə həmsərhəddir.

Təbiəti

Balakən rayonu Azərbaycanın əsrarəngiz təbiətə, böyük rekreasiya-turizm resurslarına malik rayonlarından biridir. Rayon gəzməli, görməli yerlərlə zəngindir. Katexçay şəlaləsi, İmambulaq, Arılıq, Qaraçay-Razvedka, Mazımqara, Mirovoy Voda, Şərif kəndində Bağman Bulağı və s. belə yerlərdəndir.

Balakənin zəngin meşə örtüyü ölkənin meşə ehtiyatlarının 5 %-ni təşkil edir. Meşələrində palıd, vələs, fıstıq, qızılağac, akasiya və s. ağaclar bitir. Qanıx (Alazan) çayı boyunca Tuğay meşələri vardır. Dərman bitkiləri ilə zəngindir. Maraqlıdır ki, dünyada Şuşadan başqa heç yerdə bitməyən Xarı Bülbül adlı məşhur gül Balakən rayonunda bitir.

Rayonun faunası da zəngindir. Dağ və düzənlik meşələrində qonur ayı, dağ keçisi, canavar, çaqqal, tülkü, qaban, dovşan, cüyür və s. heyvanlar yaşayır.

Böyüklüyünə görə Azərbaycanda ikinci olan Zaqatala qoruğunun 3/4-ü Balakən rayonunun ərazisinə düşür.

Ən iri çayları Qanıx (Alazan), Balakənçay, Katexçay və Mazımçaydır.

İqlimi

Balakən üçün əsasən rütubətli subtropik və dağ-tundra iqlimi səciyyəvidir. Rayonda 4 iqlim tipi mövcuddur. Düzənlik və dağətəyi hissədə mülayim və yarımrütubətli subtropik, yüksək dağlıq yerlərdə soyuq və rütubətlidir. Rayonun 65%-ində subtropik iqlim qurşağı mövcuddur.

Yanvar ayında orta temperatur – 1,5; – 7,8 dərəcə, iyulda + 10,5; + 24,5 dərəcə təşkil edir. İllik yağıntının miqdarı 600mm-dən 1400mm-ə qədər olur.

Maksimum temperatur adətən iyul ayında müşahidə olunur və + 37 dərəcəyə çata bilər. Yağıntıların illik miqdarı 890 mm-dir. Buxarlanmanın illik miqdarı 824 mm-dir.

İnzibati bölgü

Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin məlumatına görə 2013-cü ilə olan vəziyyətinə əsasən rayon inzibati cəhətdən 1 şəhər, 1 qəsəbə və 18 kənd inzibati ərazi dairəsinə bölünür; rayonda ümumi sayı 57 olan kənd yaşayış məntəqələri kənd inzibati ərazi dairələrinə daxildir.

Sayın dinamikası

1 noyabr 1931-ci il tarixinə 1.096 km² olan rayon ərazisində 7 kənd sovetliyinə daxil olan 39 kənddə 1 yanvar 1930-cu il tarixinə olan cari hesablamalara əsasən 24.493 nəfər əhali yaşayırdı. 84 il (1930–2014) ərzində rayon əhalisi təqribən 3.83 dəfə artaraq 1 yanvar 2014-cü ildə 93.796 nəfər təşkil etmişdir. Müvafiq göstərici ümumölkə miqyasında təqribən 3.77–yə bərabər olmuşdur, belə ki, ölkə əhalisi qeyd edilən tarixlərdə 2510.8 min nəfərdən 9477.1 min nəfərədək artmışdır.

SSRİ–nin dağılmasından öncə həyata keçirilmiş son siyahıyaalınma zamanı, yəni 12–19 yanvar 1989-cu ildə rayonun əhalisi (33.305 nəfəri kişilər, 35.538 nəfəri qadınlar olmaqla) 68.843 nəfər idi, onlardan (4.041 nəfəri kişilər, 4.093 nəfəri qadınlar olmaqla) 8.134 nəfərini şəhər əhalisi, (29.264 nəfəri kişilər, 31.445 nəfəri qadınlar olmaqla) 60.709 nəfərini isə kənd əhalisi təşkil edirdi.

Yerləşməsi

Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin məlumatlarına əsasən rayon əhalisinin 1990–2015-ci illərdə kənd və şəhər yaşayış məntəqələri üzrə bölgüsü:

İllərŞəhər əhalisi
(x 1000)
Kənd əhalisi
(x 1000)
Cəmi
(x 1000)
19908.361.469.7
19919.063.572.5
19929.264.373.5
19939.467.176.5
19949.767.877.5
19959.769.679.3
19969.870.880.6
199710.071.681.6
199810.172.782.8
19999.973.883.7
200010.074.584.5
200110.075.185.1
200210.175.685.7
200310.176.186.2
200410.276.586.7
200510.277.187.3
200610.277.787.9
200710.378.188.4
200810.378.789.0
200910.379.489.7
201010.480.190.5
201110.480.791.1
201210.481.792.1
201310.582.593.0
201414.379.593.8
201514.580.494.9
201614.781.295.9
Ərazi1 yanvar 2007-ci il tarixinə olan rəsmi məlumata əsasən
Cəmi%Kişilər%Qadınlar%
Balakən rayonu87 365100.0042 867100.0044 498100.00
Balakən şəhəri9 10510.424 41710.304 68810.54
Qabaqçöl qəsəbəsi1 0111.214571.125541.29
Katex kənd iəd7 1778.573 4888.553 6898.59
Mahamalar kənd iəd6 5487.823 2597.993 2897.66
Qazma kənd iəd6 4627.723 2087.873 2547.58
Hənifə kənd iəd5 7876.912 9017.112 8866.72
Qullar kənd iəd5 5696.652 7076.642 8626.66
Tülü kənd iəd5 4416.502 6386.472 8036.53
Gərəkli kənd iəd4 8205.762 2945.632 5265.88
Talalar kənd iəd4 7845.712 3675.802 4175.63
Qaysa kənd iəd3 4764.151 6954.161 7814.15
Meşəşambul kənd iəd3 3343.981 6354.011 6993.96
Şərif kənd iəd3 1823.801 5053.691 6773.90
Kortala kənd iəd2 8353.391 4043.441 4313.33
Yeni Şərif kənd iəd2 9623.541 4633.591 4993.49
Püştətala kənd iəd2 2182.651 0972.691 1212.61
Sarıbulaq kənd iəd2 2002.631 0692.621 1312.63
İtitala kənd iəd2 0292.429662.371 0632.47
Sair5 0135.992 4425.992 5715.99
Ərazi2009-cu il siyahıyaalınmasının yekunlarına əsasən
Cəmi%Kişilər%Qadınlar%
Balakən rayonu89 827100.0044 012100.0045 815100.00
Balakən şəhəri9 31710.374 3519.894 96610.84
Qabaqçöl qəsəbəsi9991.114561.045431.19
Katex kənd iəd7 5428.403 7358.493 8078.31
Mahamalar kənd iəd7 2658.093 5278.013 7388.16
Qazma kənd iəd6 8377.613 3937.713 4447.52
Hənifə kənd iəd6 4357.163 1927.253 2437.08
Qullar kənd iəd5 9876.672 9036.603 0846.73
Tülü kənd iəd5 8816.552 9066.602 9756.49
Gərəkli kənd iəd5 2305.822 5135.712 7175.93
Talalar kənd iəd5 2985.902 6486.022 6505.78
Qaysa kənd iəd3 6024.011 7864.061 8163.96
Meşəşambul kənd iəd3 4983.891 7223.911 7763.88
Şərif kənd iəd3 2933.671 6293.701 6643.63
Kortala kənd iəd3 1623.521 5623.551 6003.49
Yeni Şərif kənd iəd3 1183.471 5773.581 5413.36
Xalatala kənd iəd2 7853.101 3683.111 4173.09
Şambul kənd iəd2 6212.921 3032.961 3182.88
Püştətala kənd iəd2 3872.661 1892.701 1982.61
Sarıbulaq kənd iəd2 3302.591 1692.661 1612.53
Sair2 2402.491 0832.461 1572.53

2009-cu il siyahıyaalınmasının yekunlarına əsasən 57 kənddən 4–ündə (Göyəmtala, Darvazbinə, Abjit və Mazımqarışan) əhali yaşamır.

Təbii artım

Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin 1990–2015-ci illərə olan cari hesablamalarına əsasən Balakən rayonunda əhalinin təbii artımı:

İllərƏhali
(x 1000)
Diri doğulanlarÖlənlərTəbii artımDiri doğum əmsalı
(1000-ə)
Ölüm əmsalı
(1000-ə)
Təbii artım əmsalı
(1000-ə)
199072.52 0484781 57029.26.822.4
199580.61 7275901 13722.77.814.9
200085.11 17357360013.96.87.1
200185.71 15553661913.66.37.3
200286.21 03459444012.17.05.1
200386.798457041411.56.64.9
200487.31 22161460714.27.17.1
200587.91 19458361113.86.77.1
200688.41 20163856313.87.36.5
200789.01 16663653013.37.36.0
200889.71 31759072715.06.78.3
200990.51 50862188716.86.99.9
201091.11 36362973415.06.98.1
201192.11 7276271 10018.96.812.1
201293.01 54563990616.76.99.8
201393.81 44262581715.46.78.7
201494.91 6046031 001
201595.91 612629983

Yaş və gender strukturu

Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin 1 yanvar 2014-cü il tarixinə olan cari hesablamalarına əsasən Balakən rayonu əhalisinin yaş qruplarına görə təsnifi:

Yaş qrupuKişilər%Qadınlar%Cəmi%
0 – 440868.8234837.3475698.07
5 – 924695.3323104.8747795.09
10 – 1429336.3328345.9757676.15
15 – 1941378.9339278.2780648.60
20 – 24515811.13488010.281003810.70
25 – 2944939.7044579.3989509.54
30 – 3435157.5934857.3470007.46
35 – 3931596.8233106.9764696.90
40 – 4432837.0836437.6869267.38
45 – 4936807.9438138.0374937.99
50 – 5435787.7238698.1574477.94
55 – 5923665.1128025.9051685.51
60 – 6413202.8516683.5229883.19
65 – 696931.498731.8415661.67
70 – 745961.297181.5113141.40
75 – 795491.187901.6713391.43
80 – 842440.534110.876550.70
85 – 89600.131170.251770.19
90 – 94160.03570.12730.08
95 – 9920.00120.03140.01
100 və +00.0000.0000.00
Cəmi46337100.0047459100.0093796100.00

Etnik tərkibi

Balakən dairəsi əhalisinin etnik tərkibi (1926):

  Azərbaycanlılar (55.84%)

  Avarlar (42.44%)

  Digərləri (1.72%)

Etnik
qrup
Zaqatala qəzasının Balakən dairəsinin əhalisi, 17 dekabr 1926-cı il sa.
Kişilər%Qadınlar%Cəmi%
Cəmi9 596100.008 344100.0017 940100.00
Azərbaycanlılar5 30155.244 71756.5310 01855.84
Avarlar4 07842.503 53642.387 61442.44
Ermənilər850.89320.381170.65
Gürcülər310.3230.04340.19
Ləzgilər160.1740.05200.11
Ruslar110.1170.08180.10
Kürdlər120.1330.04150.08
Dağ yəhudiləri40.04100.12140.08
Ukraynalılar0030.0430.02
Farslar0010.0110.01
Digərləri580.60280.33860.48

Balakən rayonu əhalisinin etnik tərkibi (1939):

  Azərbaycanlılar (54.46%)

  Avarlar (35.35%)

  Ruslar (5.88%)

  Digərləri (4.31%)

Etnik
qrup
1939 sa.1959 sa.1970 sa.1979 sa.
Sayı%Sayı%Sayı%Sayı%
Cəmi32 964100.0035 510100.0051 219100.0059 140100.00
Azərbaycanlılar17 95354.4625 07170.6034 26166.8940 81769.02
Avarlar5 40735.357 97122.4514 62628.5616 98728.72
Ləzgilər6 2489032.548721.701800.30
Ruslar1 9385.888152.305811.134090.69
Ermənilər3741.132310.651890.371470.25
Gürcülər1030.31420.12930.18950.16
Ukraynalılar2670.81460.09360.06
Yəhudilər270.08120.0330.01120.02
Kürdlər360.1120.0180.0250.01
Digərləri6111.874631.305401.054520.77

Balakən rayonu əhalisinin etnik tərkibi (2009):

  Azərbaycanlılar (72.75%)

  Avarlar (26.58%)

  Ruslar (0.14%)

  Ləzgilər (0.10%)

  Digərləri (0.43%)

Etnik
qrup
27 yanvar–3 fevral, 1999-cu il sa.13–22 aprel, 2009-cu il sa.
Kişilər%Qadınlar%Cəmi%Kişilər%Qadınlar%Cəmi%
Cəmi40 778100.0042 954100.0083 732100.0044 012100.0045 815100.0089 827100.00
Azərbaycanlılar27 65467.8229 02067.5656 67467.6931 91072.5033 43972.9965 34972.75
Avarlar11 95029.3112 46529.0224 41529.1611 86826.9712 00626.2123 87426.58
Ruslar660.161710.402370.28180.041100.241280.14
Ləzgilər910.221280.302190.26410.09500.11910.10
Gürcülər8432.078882.071 7312.07120.03260.06380.04
Saxurlar190.04150.03340.04
Türklər160.04270.06430.05100.02180.04280.03
Tatarlar80.02310.07390.0510.00100.02110.01
Digərləri1470.361900.443370.401330.301410.312740.31
Ukraynalılar30.01310.07340.04
Ermənilər0030.0130.00

Rayonda 15 və ya 27 etnik qrupa mənsub əhali yaşayır. Bunlardan sayca ən böyükləri azərbaycanlılar, qafqazdilli avarlar, ingiloylar və farsdilli qaraçılardır.

Qafqazdilli avarlar (şəhərdə əhalinin 14%–i)Balakən şəhərində, Qabaqçöl qəsəbəsində, Solban, Meşəşambul, Cincartala, Beretbinə, Mazımçay, Roçəhməd, Cederovtala, Katex, Mahamalar, Sarıbulaq və Göyəmtala kəndlərində yaşayırlar.

İngiloylar rayonun İtitala kəndində yaşayırlar, müsəlmandırlar, Əliabad, Mosul və Yengiyanda olduğu kimi Kartvel dillərinin cənub qrupuna daxil olan Gürcü dilinin İngiloy dialektinin Əliabad şivəsində danışırlar.

Farsdilli qaraçılar Gülüzanbinə, Məlikzadə və (az sayda) Şambulbinə kəndlərində yaşayırlar.

Görkəmli şəxsləri

Əli Ansuxski — xeyriyyəçi, Azərbaycan SSR Ali Sovetinin (1990–1995) XII çağırış və Azərbaycan Respublikası Milli Məclisinin (1995–1996) I çağırış deputatı.Əhməd bəy Dibirov — Rusiya İmperiya ordusunun polkovniki.Akif Məmmədli — AMEA Tarix İnstitutunun əməkdaşı, tarix üzrə fəlsəfə doktoru.İlham İsmayıl oğlu Mehdiyev — General-leytenant, Vətən Müharibəsi QəhrəmanıFüzuli Hüseynov — aktyor, əməkdar artist.Osman Gündüz — İKT mütəxəssisi.Həqiqət Hacıyeva — alim, pedaqoji elmlər namizədi.Laləzar Mustafayeva — aktrisa.Mustafa Mustafayev — texniki elmlər namizədi.Münəvvər Məhəmməd qızı Kantayeva — kimya elmləri namizədi.Namiq Loğman oğlu Bayramov — ictimai xadim, Marketinq Peşəkarları Birliyinin sədriQeybulla Qeybullayev — professor.Qurban Əhmədov — fizika və riyaziyyat üzrə fəlsəfə doktoru.Rəbiyyət Aslanova — fəlsəfə elmləri doktoru, Azərbaycan Respublikası Milli Məclisinin (II, III və IV çağırış) deputatı.Rüfət Əhmədzadə — şair, “Kirpi” jurnalının redaktoruTelman Adıgözəlov — aktyor, Azərbaycan Respublikasının xalq artisti.Tofiq Yusif oğlu Baharov — geologiya və minerologiya elmləri doktoru.Əsədulla Qurbanov — fəlsəfə elmləri doktoru.Rəsul Çunayev — idmançı, Dünya (2015) və Avropa (2008, 2010) çempionu, Dünya Kuboku (2015) və Avropa Oyunlarının (2015) qalibi.

İqtisadi xarakteristikası

Balakən çoxsahəli təsərrüfata malikdir. Burada tütünçülük, baramaçılıq, arıçılıq, meyvəçilik (əsasən qərzəkli meyvəçilik) daha çox inkişaf etmişdir. İqtisadiyyatında heyvandarlıq və taxılçılıq da mühüm yer tutur. Balakən ölkənin ən çox qarğıdalı tədarük edən rayonudur. Sənayesi əsasən kənd təsərrüfatı məhsullarını emal edir. Rayonda tütün fermentləşdirmə, konserv zavodları, fındıq emalı müəssisəsi, kərpic zavodu, istehsalat və meşə kombinatları vardır.

Mədəniyyət, təhsil və səhiyyə müəssisələri

Balakən rayonunda 49 ümumtəhsil məktəbi, 25 məktəbəqədər, 5 məktəbdənkənar uşaq tərbiyə müəssisəsi, texniki-peşə və musiqi məktəbləri, 44 kitabxana, 25 klub, 5 mədəniyyət evi fəaliyyət göstərir. Ümumtəhsil məktəblərinin 35-i orta, 10-u əsas, 4-ü ibtidaidir. Balakən rayonunda İnternat əsas məktəbi və xüsusi qabiliyyətli şagirdlərin istedad və qabiliyyətlərinin daha da inkişaf etdirilməsinə xidmət edən texniki və humanitar təmayüllü lisey fəaliyyət göstərir. 2007–2008-ci il tədris ilində ümumtəhsil məkəblərində 14878 nəfər uşaq və gəncin təlim və tərbiyəsi ilə 1858 nəfər müəllim, məktəbəqədər uşaq tərbiyə müəssisələrində 1330 nəfər uşağın tərbiyəsi ilə 170 nəfər tərbiyəçi məşğul olmuşdur. 5 məkətəbdənkənar uşaq tərbiyə müəssisəsində, o cümlədən Uşaq Yaradıcılıq Mərkəzində, Ekoloji Tərbiyə və Təcrübəçilik Mərkəzində, Uşaq Texniki Yaradıcılıq Mərkəzində, Şahmat üzrə Uşaq Gənclər İdman Məktəbində, Uşaq Gənclər İdman məktəbində 300 dərnəyə 4262 nəfər şagird cəlb edilmişdir. Həmin müəssisələrdə 176 nəfər müəllim və dərnək rəhbəri çalışır. Ümumtəhsil məkətəblərində çalışan müəllimlərin 3 nəfəri Əməkdar müəllim, 3 nəfəri orden və medallarla təltif olumuş, 19 nəfəri ali kateqoriyalı müəllimdir.

Məktəblərdən 18-i, məktəbəqədər uşaq tərbiyə müəssisələrindən 8-i bir tipli layihə əsasında tikilmiş binalarda fəaliyyət göstərir. 36 məktəb beş günlük iş həftəsi ilə işləyir. Təlim məşğələləri 41 məktəbdə azərbaycan dilində, 3-də rus dilində, 4-də azərbaycan və rus dillərində, 1-də azərbaycan və gürcü dillərində keçirilir. Məktəblərin əksəriyyətinin zəngin tədris bazası vardır. Texniki və humanitar təmayüllü liseydə müasir tipli kompüterləri olan kompüter kabineti quraşdırılmışdır. Bu tədris müəssisəsi rayonun, habelə Azərbaycanın ən qabaqcıl tədris müəssisələrindəndir. Fəaliyyətə başladığı vaxtdan 2007-cı ilə qədər liseyin 362 məzunu olmuş, onlardan 313 nəfəri ali məktəblərə qəbul olmuşlar. 34 nəfər fənn olimpiadalarının respublika turunun qalibi olmuş, 37 nəfər məzun liseyi fərqlənmə attestatı ilə bitirmiş və respublikanın ən nüfuzlu ali məktəblərinə qəbul olunmuşlar.

Ümumiyyətlə, rayon üzrə 2007-ci il XI sinifi bitirən 1106 məzunun 151 nəfəri test üsulu ilə keçirilən qəbul imtahanlarında müvəffəq olaraq ali məktəblərə qəbul olmuşldur.

2007-ci il ildə 600 şağird yerlik şəhər 3 saylı orta məktəbinin, 120 şağird yerlik Beretbinə əsas məktəbinin, 200 şağird yerlik 10 sinif otağı Qazma-2 saylı kənd orta məktəbinin, 480 yerlik İtitala kənd orta məktəbinin, 240 yerlik Katex-3 saylı kənd orta məktəbinin, 120 şağird yerlik Roçəhməd əsas məktəbinin yeni binaları tikilib istifadəyə verilmiş, 800 şagird yerlik Nəsimi adına şəhər 2 saylı orta məktəbi əsaslı təmir olunmuş və yeni avadanlıqlarla təmin edilmişdir.

Hal-hazırda rayonun məktəblərində 24 kompüter kabineti quraşdırılmışdır. Rayonun 39 məktəbində 384 ədəd müasir kompüter dəsti var.

Uşaq Yaradıcılıq Mərkəzi

Uşaq Yaradıcılıq Mərkəzi 1960-cı ildən təhsil şöbəsinin nəzdində fəaliyyət göstərir. Həmin müəssisənin əsas məqsədi şagirdlərin istedad və bacarıqlarını aşkar etmək, inkişaf etdirmək, kütləvi tədbirlərdə iştirakını təşkil etməklə onlarda təşkilatçılığı aşılamaqdır. Həmin müəssisədə 62 qrupda müxtəlif profilli dərnəklərə 992 məktəbli cəlb edilmişdir. 23 qrupu müəssisədə, 39-u ümumtəhsil məktəblərində fəaliyyət göstərir. Müəssisədə “Bədii qiraət”, “Təbiəti mühafizə”, “Toxuculuq”, “Evdarlıq”, “Musiqi sevərlər”, “Dilçilik”, “Kağız əl işləri”, “Dərzi”, “Biçmə-tikmə” dərnəkləri fəaliyyət göstərir və bu dərnəklərə ali və orta ixtisas təhsilli kadrlar rəhbərlik edir.

Uşaq Texniki Yaradıcılıq Mərkəzi

Uşaq Texniki Yaradıcılıq Mərkəzi 1976-cı ildən rayon təhsil şöbəsinin tabeliyində fəaliyyət göstərir. Müəssisədə 63 qrup fəaliyyət göstərir. Həmin müəssisədə 19 adda dərnəyə (“Bacarıqlı əllər”, “Texniki ekologiya”, “Radio texnika”, “Radiotexniki konstruktivləşdirmə”, “İnformatika və EHM”, “Əyləncəli fizika”, “Gənc dizayner”, “Texniki estetika”, “İbtidai texniki modelləşdirmə”, “Gənc konstruktor”, “Avtomodel”, “Tikişin texnologiyası”, “Kinomexanika”, “Radiorabitə”, “Kartinq”, “Foto”, “Radiomexanika”, “Elektrotexnika”, “Kimya texnologiya”) 945 məktəbli cəlb olunmuşdur.

Qrupların 2-si şəhər, 9-u kənd məktəbində fəaliyyət göstərir. Uşaq Texniki Yaradıcılıq Mərkəzinin dərnək üzvləri respublika üzrə hər il keçirilən “Uşaq və yeniyetmələrin texniki yaradıcılıq müsabiqəsi”ndə fəal çıxış edirlər.

Maddi-mədəni irsi

  • Talalar kilsəsi — Talalar kəndi ərazisində qədim alban məbədi.
  • Katex kilsəsi — Zaqatala qoruğunun qadağan zonasında (Balakən rayonu ərazisində) yerləşən V əsrə aid alban kilsəsi.
  • Minarəli məscid — Balakən şəhərində yerləşən XIX əsrə aid unikal minarəli məscid.

Mətbəx

Balakənin məşhur yeməkləri maxara, cüttü, Balakən halvası, Balakən xəngəli.

41°46′ şm. e. 46°27′ ş. u.
Ölkə Azərbaycan
DaxildirŞəki-Zaqatala
İnzibati mərkəzBalakən
İcra başçısıİslam Rzayev
Tarixi və coğrafiyası
Yaradılıb8 avqust 1930
Sahəsi940 km²
Hündürlük496 m
Əhalisi
Əhalisi97.6 min (2016) nəfər
Rəqəmsal identifikatorlar
ISO koduAZ-BAL
Telefon kodu+994 24
Poçt indeksiAZ 0800
Avtomobil nömrəsi08

Oxşar Xəbərlər