Balaxanı Əməliyyat Şirkəti ərazilərində ağacəkmə işləri həyata keçirilir-FOTO

Apr23,2024

“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində Balaxanı Əməliyyat Şirkəti ərazilərində ağacəkmə aksiyası keçirilib.

100-dən artıq şirkət əməkdaşlarının iştirakı ilə keçirilən tədbir zamanı ərazinin torpaq iqlim şəraitinə uyğun 500-dən artıq şam ağacı əkilib.

Yaşıllıq zonalarının bərpası və genişləndirilməsini təşviq edən tədbirin məqsədi ekoloji maarifləndirməni artırmaq, iqlim dəyişikliyi ilə mübarizəyə töhfə vermək, ətraf mühitin mühafizəsində aktiv iştiraka təşviq etməkdir.

Oxşar Xəbərlər