Baltimorda çökən körpüdə həlak olanlardan daha birinin cəsədi çıxarıldı – FOTO

May8,2024

ABŞ-nin Baltimor şəhərində Frensis Skott Key körpüsünün dağılması nəticəsində ölənlərdən daha birinin cəsədi sudan çıxarılıb.

Bu barədə yerli hökumət orqanlarından xəbər verilib.

“Xilasetmə qrupları altıncı şəxsin – güman ki, Baltimor körpüsünün uçması nəticəsində həlak olanlardan sonuncusunun cəsədini çıxarıb”, – deyə mənbədən bildirilib.

Ölənin Baltimordan 37 yaşlı Xose Minor Lopes olduğu müəyyən edilib. Məlumata görə üç övlad atası Lopes ailənin yeganə işləyəni olub.

Xatırladaq ki, martın 26-da Sinqapurun “Dali” konteyner gəmisinin körpünün dayağına çırpılması nəticəsində infrastruktur uçub. Nəticədə onun üzərində olan avtomobillər suya düşüb, insanlar həlak olublar.

O da bildirilir ki, uçan körpü ABŞ-də 81 milyard dollarlıq (137,7 milyon manat) ticarət böhranına səbəb olub.

Mənbə: CNN

Oxşar Xəbərlər