Bankokda karantin məhdudiyyətləri sərtləşdirilib

Taylandın paytaxtı Bankokda yeni növ koronavirus infeksiyanın yayılmasına qarşı mübarizə tədbirlərinin sərtləşdirilməsi ilə bağlı qərar qəbul edilib.Bu barədə “QİA.AZ

” “Bangkok Post” qəzetinə istinadən xəbər verir.Publar, barlar və bənzər müəssisələr şənbə günündən (2 yanvar – Red) etibarən müvəqqəti bağlanır. Su parkları, oyun meydançaları, internet kafelər, xoruz döyüş arenaları, uşaq bağçaları, döyüş sənəti məktəbləri, hamamlar, idman meydançaları və mərkəzləri, masaj salonları və bir sıra digər yerlərin fəaliyyəti dayandırılır.Ümumilikdə, çox sayda insanın toplanacağı hesab edilən 25 növ müxtəlif müəssisənin işləməsi qadağan olunub.Bütün digər yerlərdə epidemiya əleyhinə və sanitar – gigiyenik tədbirlər həyata keçirilməlidir.Qeyd edək ki, Taylandda 7 379 nəfərin koronavirusa yoluxması təsdiq edilib. Onlardan 4,3 min xəstə sağalıb, 64 pasiyent həyatını itirib.

Oxşar Xəbərlər