Banqladeşin Koks-Bazar şəhərindəki “Balukhali” qaçqınlar düşərgəsində baş verən yanğn zamanı azı 15 insan həlak olub, daha 400 nəfərin taleyi naməlumdur.
“QİA.az” “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu barədə Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığının Banqladeşdəki nümayəndəsi Yohannes Van der Klaauv bildirib.
“15 nəfər yanğının qurbanı oldu, daha 560 nəfər zərər çəkdi. Azı 10 min yaşayış obyekti yandı, buna görə də azı 45 min insan evsiz qalıb. Daha əvvəl Banqladeşdə qaçqınların düşərgələrində belə genişmiqyaslı yanğınlar baş verməyib”, – Klaauv deyib.
Klaauv düşərgədəki yanğını dağıdıcı kimi xarakterizə edib. O, qeyd edib ki, regionda BMT-nin briqadaları işləyir.
BMT rəsmisinin özlərinə görə, hadisə zamanı həmçinin klinikalar və bölgü mərkəzləri yararsız vəziyyətə düşüb.
Banqladeş hakimiyyəti düşərgədəki yanğının başvermə səbəbləri haqqında araşdırmaya başlayıb.