Barış Alper Yılmaz Acun İlıcalının keçmiş arvadı ilə görüşür

Futbol üzrə sonuncu Avropa çempionatında nümayiş etdirdiyi oyunla nəhəng klublarının diqqətini öz üzərinə çəkən Türkiyə milli komandasının futbolçusu Barış Alper Yılmazın şəxsi həyatı barədə bəzi yeni detallar məlum olub.

QİA.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, 24 yaşlı hücumçu türkiyəli məşhur bloqer Şeyma Subaşı ilə görüşür.

Belə ki, hər iki şəxs kurort şəhəri Bodrumda istirahət edir və onları gecə saatlarında birlikdə gəzən yerdə görüblər.

Qeyd edək ki, “Qalatasaray” klubunun hücumçusu olan Barış Alper Yılmaz “Liverpul”, “Mançester Yunayted”, “Tottenhem” kimi klubların hədəfindədir.

Oxşar Xəbərlər