“Barselona” rəqibini topa tutdu

İspaniya La Liqasında dördüncü turun oyunları keçirilir.

Oxu.Az xəbər verir ki, lider “Barselona” bu tur doğma meydanda “Valyadolid”i qəbul edib.

Katalon klubu rəqibini topa tutub – 7:0. Komandanın heyətində Rafinya het-triklə yadda qalıb.

Qeyd edək ki, hazırda “Barsa” 12 xalla turnir cədvəlində ilk pillədə qərarlaşıb. Onun rəqibi isə dörd xalla 12-cidir.

Oxşar Xəbərlər