“Barselona”nın hücumçusu gələcək taleyi ilə bağlı qərar verib

Apr29,2024

İngiltərənin “Brayton” klubunda çıxış edən Ansi Fati gələcək karyerası ilə bağlı qərar verib.

QİA.az xarici KİV-ə istinadən xəbər verir ki, müqavilə əsasında İspaniya təmsilçisi “Barselonaya ”a məxsus olan 21 yaşlı hücumçu kataloniyalıların heyətinə qayıtmaq istəyir.

O, yeni mövsüm öncəsi “Barsa”ya dönərək, Xavinin etimadını qazanmağı düşünür.

Qeyd edək ki, 2023-cü ildə “Brayton”a keçən Fati 25 oyunda meydana çıxıb və 4 qol vurub. “Transfermarkt” portalı Qvineya əsilli ispaniyalı forvardı 30 milyon avro qiymətləndirib.

Oxşar Xəbərlər