“Barselona”nın Kubok ümidləri “Monako” qarşısında “suya düşdü”

Joan Qamper Kuboku uğrunda matçda “Barselona” “Monako” ilə qarşılaşıb.

Oxu.az xəbər verir ki, oyun Barselonadakı “Olimpik Lyuis Kompanis” stadiuounda baş tutub.

Qarşılaşma gözlənilmədən ev sahiblərinin böyük hesablı məğlubiyyəti ilə başa çatıb – 0:3.

Bütün qollar ikinci hissədə vurulub.

Xatırladaq ki, katalon klubu sonuncu dəfə 2012-ci ildə bu kubok uğrunda matçı uduzub.

Qeyd edək ki, Joan Qamper Kuboku “Barselona” tərəfindən hər il təşkil olunan yoldaşlıq turniridir. Yarış ilk dəfə 1966-cı ildə “Barsa” prezidenti Enrike Lodanın təşəbbüsü ilə reallaşıb. Kubok “Barselona”nın əfsanəvi prezidenti və qurucusu Joan Qamperin şərəfinə adlandırılıb.

Oxşar Xəbərlər