“Barselona”nın müdafiəçisi azarkeşlə dalaşdı

Apr1,2024

“Barselona”nın müdafiəçisi İniqo Martines küçədə gənc azarkeşlərlə dava edib.

Fanatlardan biri ispan futbolçu ilə ciddi mübahisə etsə də, bu, fiziki aqressiyaya səbəb olmayıb.

“Axırıncı dəfədir ki, mənə axmaq deyirsən, məni eşitdin? Axırıncı dəfə olsun ki, məni təhqir edirsən. Dostun da elədir, keçən dəfə məni təhqir etdi”, – deyə Martinez azarkeş ilə mübahisə zamanı bildirib.

Kadrları insayder Fabrisio Romano yayıb.

Xatırladaq ki, Martinezin 32 yaşı var. Ötən yay müdafiəçi Kataloniya klubuna keçib. Onun komanda ilə hazırkı əmək müqaviləsi 2025-ci ilin iyun ayına qədərdir. Transfermarkt internet portalı ispan oyunçunun bazar dəyərini altı milyon avro kimi qiymətləndirir. Bu mövsüm İniqo bütün turnirlərdə 19 matçda iştirak edib və effektli olmayıb.

Oxşar Xəbərlər