Mayın 30-da Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov Rusiya Federasiyasının Ulyanovsk vilayətinin qubernatoru Aleksey Russkix ilə görüşüb.
QİA.az AZƏRTAC-a istinadən xəbər verir ki, tərəflər Azərbaycan-Rusiya strateji tərəfdaşlığının müxtəlif sahələrdə yüksək səviyyəsini vurğulayıblar, həmçinin Azərbaycan ilə Ulyanovsk vilayəti arasında səmərəli əməkdaşlıqdan məmnunluq ifadə ediblər.
Görüş əsnasında hər iki tərəf üçün maraq kəsb edən bütün istiqamətlər üzrə qarşılıqlı faydalı tərəfdaşlığın inkişaf perspektivləri müzakirə edilib.