“Gürcüstanda epidemioloji vəziyyət sabitləşməyə doğru gedir”.
“QİA.AZ” xəbər verir ki, bunu Gürcüstanın baş naziri İrakli Qaribaşvili hökumətin iclasında deyib.
O, vəziyyətdən əsas çıxış yolunun vaksinasiya olduğunu bildirib:
“Biz hamını peyvənd vurdurmağa çağırmalıyıq. Əsas vəzifəmiz sentyabr ayının sonuna qədər vaksinasiyadan keçən vətəndaşların sayının 2 milyon nəfərə çatdırmaqdır”.
Qeyd edək ki, hazırkı dövrədək qonşu ölkədə 1 164 402 nəfərə vaksin vurulub. Onların 780 948-i (27,3 %) bir doza, 383 454-ü (13,4 %) isə hər iki dozanı qəbul edib.