Baş nazir Tokio olimpiadasının ləğvini istisna etmədi

İyn9,2021

Yaponiyanın baş naziri Yoşihide Suqa Tokio-2020 Yay Olimpiya Oyunlarının ləğvi üçün ilkin səbəbi açıqlayıb.

QİA.AZ -ın məlumatına görə, nazir bunun təhlükəsizliklə bağlı olduğunu bildirib.

Suqa bildirib ki, insanların həyatını qorumaq onun borcudur: “Bunu edə bilmiriksə, Oyunları keçirməyəcəyik. Bu, mənim məsuliyyətimdir. İnsanların həyatını qoruya bilməsəm, deməli, olimpiada gerçəkləşməyəcək. Təbii ki, bu, ilkin şərtdir”.

Hazırda Yaponiyada koronavirus səbəbindən çətin epidemioloji vəziyyət davam edir. Ölkədə fövqəladə vəziyyət rejimi iyunun 20-dək uzadılıb.

Qeyd edək ki, Tokio Yay Olimpiya Oyunları 2020-ci il 24 iyul – 9 avqustda keçirilməli idi. Oyunlar koronavirus pandemiyası üzündən bu il 23 iyul – 8 avqusta təxirə salınıb.

Oxşar Xəbərlər