Baş nazirin müavini: “Başqırdıstan Azərbaycanla ticarət əməliyyatlarının inkişafına ümid bəsləyir”

Apr24,2024

Rusiyanın Başqırdıstan Respublikası Azərbaycanla ticarət əməliyyatlarının inkişafına ümid bəsləyir.

QİA.az xəbər verir ki, bunu Başqırdıstan Baş nazirinin müavini, kənd təsərrüfatı naziri İlşat Fazrahmanov Bakıda keçirilən Azərbaycan-Başqırdıstan biznes forumunda deyib.

“Buraya uzunmüddətli əməkdaşlıq ümidi ilə gəlmişik ki, Başqırdıstan və Azərbaycanın işgüzar dairələri bir-birilə əlaqələr qura bilsinlər. Bu, ikitərəfli yoldur. Başqırdıstan məhsullarını Azərbaycana ixrac etməyə və respublikamızda istehsal olunmayan malların Başqırdıstana idxalını təşkil etməyə hazırıq”, – o vurğulayıb.

Oxşar Xəbərlər