Baş Prokurorluq: Hərbçinin minaya düşməsi ilə bağlı araşdırma aparılır

Yan2,2022

Yanvarın 2-si saat 17 radələrində Kəlbəcər rayonu ərazisində N saylı hərbi hissənin müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu,əsgər Yusif Eyniyevin piyada əleyhinə minaya düşməsi nəticəsində xəsarət alması barədə məlumat daxil olmuşdur.

Bu barədə “QİA.AZ” Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib.

Müəyyən edilmişdir ki, hərbi qulluqçuya təxliyyə edildiyi hərbi tibb müəssisəsində “partlayış travması, sol baldırın aşağı 1/3-nin travmatik amputasiyası” diaqnozu qoyulmuşdur.
Hazırda faktla bağlı Kəlbəcər Hərbi Prokurorluğunda araşdırma aparılır.

Oxşar Xəbərlər