Basketbolçularımız Tailandda keçirilən beynəlxalq turnirdə ikinci olublar

3×3 qadın millimiz Tailandda keçirilən beynəlxalq turnirdə ikinci olub.

Bununla bağlı Azərbaycan Basketbol Federasiyası məlumat yayıb.

Belə ki, 5 aprel tarixində Tailandın Muanq Patum Tani şəhərində 3×3 basketbol üzrə beynəlxalq turnirin həlledici mərhələsi baş tutub. “Paris 2024” Olimpiadasının təsnifat oyunlarına hazırlıq məqsədi daşıyan beynəlxalq turnirdə, 3×3 qadın millimiz “B” qrupundan çıxaraq, turnirin 1/4 final mərhələsinə yüksəlib. Millimiz bu mərhələdə “Sriracha Eagle”(Tailand) klubuna 21-11 hesabı ilə qalib gəlib və adını yarımfinala yazdırıb. Millimiz yarımfinalda isə, Polşanın “Lotto” klubu üzərində 17-16 hesablı qələbəyə sevinib. Finalda güclü “Zoos” (Almaniya) klubuna qarşı gərgin oyunun yekununda 17-15 hesabı ilə məğlub olan 3×3 qadın millimiz beynəlxalq turniri ikinci sırada tamamlayıb.

Oxşar Xəbərlər