“Bavariya” 1/8 finala yüksəldi, “Liverpul” evdə “Atalanta”ya uduzdu

Noy26,2020
"Bavariya" 1/8 finala yüksəldi, "Liverpul" evdə "Atalanta"ya uduzdu

Bu gün UEFA Çempionlar Liqasının qrup mərhələsində IV tura yekun vurulub.

“QİA.AZ”ın məlumatına görə, A, B, C və D qruplarında baş tutan 8 qarşılaşmadan sonra 1/8 finala vəsiqə qazanan daha 2 komanda müəyyənləşib.

İngiltərənin “Mançester Siti” komandasından sonra evdə Avstriya təmsilçisi “Zalsburq”u 3:1 hesabı ilə məğlub edən Almaniya “Bavariya”sı da adını pley-offa yazdırıb.

Gecənin maraqlı oyunlarından biri B qrupunda baş tutub. İtaliya “İnter”i doğma meydanda cari mövsüm turnirdə elə də uğurlu çıxış etməyən İspaniya “Real Madrid”inə 0:2 hesabı ilə uduzub.

D qrupunda isə Çempionlar Liqasının son qalibi İngiltərə “Liverpul”u gözlənilmədən evdə İtaliyanın “Atalanta” komandasına məğlub olub – 0:2.

UEFA Çempionlar Liqası

Qrup mərhələsi

IV tur

A qrupu

00:00. “Atletiko” (İspaniya) – “Lokomotiv” Moskva (Rusiya) – 0:0

00:00. “Bavariya” (Almaniya) – “Zalsburq” (Avstriya) – 3:1

Qollar: Robert Levandovski, 42, Maksimilian Vöber, 52 (avtoqol), Leroy Sane, 68 – Merqim Berişa, 73

Qırmızı vərəqə: Mark Roka (“Bavariya”), 66

Xal durumu: “Bavariya” – 12, “Atletiko” – 5, Lokomotiv” (Moskva) – 3, “Zalsburq”- 1

B qrupu

21:55. “Borussiya” Münxenqladbax (Almaniya) – “Şaxtyor” (Ukrayna) – 4:0

Qollar: Lars Ştindl, 17 (penalti), Niko Elvedi, 34, Brel Embolo, 45+1, Oskar Bent, 77

00:00. “İnter” (İtaliya) – “Real Madrid” (İspaniya) – 0:2

Qollar: Eden Azar, 7 (penalti), Rodriqo, 59

Qırmızı vərəqə: Arturo Vidal (“İnter”), 33

Xal durumu: “Borussiya” (Münxenqladbax) – 8, “Real Madrid” – 7, “Şaxtyor” – 4, “İnter” – 2

C qrupu

21:55. “Olimpiakos” (Yunanıstan) – “Mançester Siti” (İngiltərə) – 0:1

Qol: Fil Foden, 36

00:00. “Marsel” (Fransa) – “Porto” (Portuqaliya) – 0:2

Qollar: Zaidu Sanusi, 39, Serjiu Oliveyra, 72

Qırmızı vərəqə: Marko Qruiç (“Porto”), 67, Leonardo Balerdi (“Marsel”), 70

Xal durumu: “Mançester Siti” – 12, “Porto” – 9, “Olimpiakos” – 3, “Marsel” – 0

D qrupu

00:00. “Ayaks” (Niderland) – “Midtüllan” (Danimarka) – 3:1

Qollar: Rayan Qravenberx, 47, Nussair Mazraui, 49, David Neres, 66 – Aver Mabil, 81

Qırmızı vərəqə: Erik Svyatçenko (“Midtüllan”), 90+1

00:00. “Liverpul” (İngiltərə) – “Atalanta” (İtaliya) – 0:2

Qollar: Yosip İliçiç, 60, Robin Qosens, 64

Xal durumu: “Liverpul” – 9, “Ayaks” – 7, Atalanta” – 7, “Midtüllan” – 0.

Qeyd edək ki, ilk oyun günündəki nəticələrdən sonra İspaniyanın “Sevilya”, “Barselona”, İngiltərənin “Çelsi” və İtaliyanın “Yuventus” klubları 1/8 finala vəsiqə əldə ediblər.

Oxşar Xəbərlər