“Bavariya”nın futbolçusu “Mançester Yunayted”ə keçdi

“Mançester Yunayted” daha əvvəl “Bavariya”da çıxış etmiş 25 yaşlı mərkəz müdafiəçisi Mattis de Liqt ilə müqavilə imzaladığını açıqlayıb.

QİA.az championat.com-a istinadən xəbər verir ki, “qırmızı şeytanlar” de Liqti 45+5 milyon avroya alıblar.

Niderlandlı müdafiəçi 2022-ci ildən Almaniya nəhəngində çıxış edir. Bu müddət ərzində o, bütün yarışlarda 73 oyun keçirib (beş qol və iki məhsuldar ötürmə).

Futbolçunun Münhen klubu ilə son əmək müqaviləsi 2027-ci ilin yayına qədər qüvvədə idi.

Transfermarkt portalında verilən məlumata görə, futbolçunun bazar dəyəri 65 milyon avrodur.

Oxşar Xəbərlər